Yanaşmamız

Günün içində
özünə də vaxt qalsın.

İş, ailə, görüləcək işlər… Bəzən yemək, yuxu və istirahət günün sonunda yadına düşür. Dəyişmək istəyirsən, amma haradan başlayacağını bilmirsən.

Əvvəlcə adi gününün necə keçdiyinə baxırıq. Sonra ən çox ehtiyac duyduğun sahədən başlayır, edə biləcəyin kiçik dəyişikliklər seçirik.

Niyə 40+?

Bədən dəyişir.
Vərdişlərə yenidən baxmaq olar.

Bədən hər yaşda həm qurur, həm də parçalayır. Bu iki iş birlikdə davam edir.

Anabolizm — qurmaqBədənin yeni maddələr yaratması, toxumaların böyüməsi və yenilənməsi üçün gördüyü işdir.

Katabolizm — parçalamaqMaddələri daha kiçik hissələrə ayırmaqdır. Qidadan enerji almaq bunun bir nümunəsidir.

Yaşla dəyişən balans

Yaş artdıqca qurulma ilə parçalanma arasındakı balans dəyişə bilər. Xüsusilə əzələdə qida və məşqə verilən qurucu cavab zəifləyə bilər. Yeni yaranan zülal itkini qarşılamadıqda balans parçalanma tərəfinə yönəlir. Bunun üçün katabolizmin mütləq sürətlənməsi lazım deyil. Bu dəyişiklik hamıda eyni yaşda və eyni sürətlə baş vermir.

Biz necə kömək edirik?

Yemək, hərəkət, yuxu və istirahət üçün günündə yer tapmağa kömək edirik. Sənə uyğun addımları birlikdə seçir, çətin olduqda dəyişirik. Məqsəd bu vərdişləri davam etdirə bilməyindir.

Daha ətraflı: elmi mənbələr

Bu mənbələr ümumi elmi məlumat verir. Xidmətimizin nəticəsinə zəmanət deyil. 4 həftəlik məqsəd gündəlik vərdişlər və davam planı qurmaqdır.

☾01 /

Yuxu

Nə vaxt yatırsan, necə oyanırsan və yuxuna nə mane olur?

≈02 /

Stress

Günün ən gərgin vaxtları hansılardır? Fasiləyə harada yer var?

☼03 /

Enerji

Nə vaxt yorulursan? Gün ərzində nə qədər hərəkət edir və dincəlirsən?

◯04 /

Qidalanma

Yeməyə vaxt tapırsan? Seçimlərini ən çox nə çətinləşdirir?